Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təsadüfi deyildir ki, dünyada hökm sürən qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan etmişdir. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsidir. Uşaqlar cəmiyyətimizin ən zərif hissəsidir. Onlara uşaqlıqda göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və zənginliyin rəhni kimi qəbul edilir. Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır.
[/center]Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin ulu öndərimiz Heydər Əliyevin ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir.
Müasir dövrümüzdə Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artması ilə nəticələnmişdir. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir.
BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “Uşaq hüquqları haqqında” qanunun qəbul edilməsi ilə bağlı ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilmiş, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilmişdir. Hazırda ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilməkdədir.
Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən, qeyri-hökumət təşkilatlarının, özəl sektorun, beynəlxalq təşkilatların cəlb edilməsi də qarşıda duran vəzifələrdəndir. Regionlarda sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işlərinin aparılması da çox vacib məsələlərdən birinə çevrilib. Uşaq hüquqlarının tam şəkildə reallaşması, hər bir uşağın öz potensialını göstərə bilməsi üçün mükəmməl hüquqi baza yaradılmışdır.
Azərbaycanda təhsilin inkişafı, gənclərimizin sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan bu sahədə fondun təşəbbüsü ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramları və “Təhsilə dəstək” layihəsi ölkəmizdə təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə gətirib çıxarmışdır.
UNICEF ədliyyə, sosial xidmətlər və zorakılıqdan müdafiə tədbirlərinin əlçatanlığına diqqət yetirməklə uşaqları və onların ailələrini qorumaq üçün uşaqların müdafiə sistemlərini ili ildən gücləndirir.
Beynəlxalq qanunlara görə hər bir uşağın müdafiə olunmaq hüququ var. UNICEF Azərbaycanda, xüsusilə inteqrasiyalı sosial xidmətlər, ədliyyəyə çıxış və uşaq hüquqlarının monitorinqi sahələrində uşaqların milli müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində iş aparır. Uşaqların milli müdafiə sistemləri sosial rifah, təhsil və səhiyyə məsələləri ilə məşğul olan təşkilatlardan, habelə risk vəziyyətində olan uaqlarla bağlı cavab tədbirlərinə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları və strukturlarından ibarətdir. Güclü uşaq müdafiəsi sistemi adətən uşaqların və onların ailələrinin üzləşdiyi çoxsaylı qarşılıqlı çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır.
Sosial problemlərə qarşı ən səmərəli cavab tədbirləri əsaslı biliklər və faktlar üzərində qurulur. Əksər hallarda uşaqların çətin həyat şəraitinə düşməsinin və riskə məruz qalmasının əsas səbəbləri onların üzləşdiyi problemlərin düzgün monitorinq və ya təhlil edilməməsi ilə əlaqədardır. Əsas məqamlar nəzərə çarpmadıqda və ya hərtərəfli başa düşülmədikdə, müvafiq problemləri hədəfə almaq üçün səmərəli siyasətlər, xidmətlər və resurslar hazırlamaq və ya təmin etmək mümkün olmur və nəticədə, risk altında olan uşaqların təcrid olunması daha da dərinləşir.
Hər hansı bir uşaq riskə məruz qalan ailənin üzvü olduqda onun qanuna
zidd davranma ehtimalı artır. Azərbaycan uşaq hüquqlarının qorunması Ədliyyə sistemi vasitəsilə (beynəlxalq standartlara uyğun) təmin edilməsi öhdəliyini öz üzərinə götürərək qanun pozuntularına yol vermiş uşaqlara münasibətdə azadlıqdan məhrum etməni nəzərdə tutmayan islah tədbirlərinin təşviq edilməsinə getdikcə daha çox yönəlməkdədir. Burada nəzərdə tutulan odur ki, müvafiq islah və reinteqrasiya tədbirləri əlaqədar uşağın cəmiyyətə konstruktiv töhfələr vermək imkanını artırır, saxlanma və ya azadlıqdan məhrumetmə tədbirləri isə onun adətən yoxsulluq, sosial cəhətdən təcrid olunma və cinayətləri təkrar törətmə halları ilə yenidən üzləşməsinə gətirib çıxarır.
Həssas ailələri nəsillər boyu tez-tez üzləşdikləri potensial məhrumiyyətlər dairəsindən xilas etmək üçün bu ailələrdəki uşaqlara qarşı mövcud təhlükələrin səbəblərini aydın şəkildə başa
düşmək lazımdır. Təhlükə dedikdə, uşağın zorakılığa, istismara, sui-istifadəyə, etinasızlığa məruz qalması və heç bir səbəb olmadan ailəsindən ayrılması halları başa düşülür. Səbəbləri aydın şəkildə başa düşdükdən sonra həmin təhlükələri azaldan və ya aradan qaldıran müvafiq xidmətlər paketi hazırlamaq və həyata keçirmək olar.
Ən ağır məhrumiyyətlərlə üzləşən uşaqların və onların həssaslığına səbəb olan əsas amillərin müəyyənləşdirilməsi işi UNICEF-in düzgün əlaqələndirilmiş, çoxsahəli cavab tədbirlərinin həyata kecirilməsi istiqamətində Azərbaycan hökuməti ilə birgə aparılan
fəaliyyətinin mərkəzində dayanır.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra sosial xidmətlərin inkişafı sahəsində böyük uğurlar əldə edərək müfəssəl qanunvericilik aktlarının və işlək sosial müdafiə sistemlərinin milli qanunvericilik bazasında əks etdirilməsinə nail olub. Bununla belə, ölkədə çoxşaxəli sosial xidmət proqramlarının işlənib hazırlanması sahəsində hələ də aşağıdakı səciyyəvi məhdudiyyətlər qalmaqdadır.
Onu da qeyd etmək lazımdır ki,Azərbaycanda Heydər Əliyev Fondu uşaq hüquqlarının qorunması üçün geniş işlər görür
Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse Prezident Mehriban xanım Əliyeva bu sahəyə böyük diqqət göstərir.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Azərbaycanda uşaqların sağlamlığı və təhsili ilə bağlı bir çox işlər görüb.Yeni sığınacaqlar və uşaq evləri açılıb,internat məktəbləri yenidən qurulub.Müxtəlif xəstə uşaqlar üçün pansionatlar tikilib və istifadəyə verilib.Bütün bunlar əlbəttə ki,uşaq hüquqlarının qorunmasına da xidmət edir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi,hüquq üzrə fəlsəfə doktoru,Musayeva Ulduz Əliyar qızı



