Öncə ABŞ Prezidentinə göstərildi, sonra dünya ilə paylaşıldı - NASA-dan tarixi uğur / FOTOLAR

NASA "Ceyms Vebb" Kosmik Teleskopu ilə Yerdən təxminən 1,5 milyon kilometr uzaqlıqda olan kainatın "ən dərin və ən kəskin" görünüşünü paylaşıb.

kanal17.org xəbər verir ki, öncə ABŞ Prezidenti Co Baydenə göstərilən, daha sonra ictimaiyyətlə paylaşılan görüntülər 6 aylıq hazırlıq müddəti bitdikdən sonra yayımlanıb.


NASA Bakı vaxtı ilə saat 18:30-da "Ceyms Vebb"in çəkdiyi rəngli kadrları dərc edib. Görüntülərdə Karina dumanlığı, Stefan kvinteti və cənub halqası əks olunub.





{paylas}