Dövlət qurumları yarım milyard manatı hara xərcləyib? VİDEO

Audit yoxlamaları zamanı ən çox aşkarlanan nöqsanlar açıqlanıb.

Xezerxeber.az xəbər verir ki, büdcə qanunvericiliyinin pozulması və dövlət satınalmaları sahəsində nöqsanlar üstünlük təşkil edib.

Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, ötən il 481 milyon manatlıq maliyyə pozuntusu, 37 milyon manatlıq səmərəsiz xərc aşkar edilib.

Bəzi qurumlar il sonuna icra edilməyən vəsaitləri geri qaytarmamaq üçün akkreditiv hesablar açıb.

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, Hesablama Palatasının audit zamanı aşkarladığı nöqsanların aradan qaldırılmamasının əsas səbəblərindən biri Palatanın hökumətlə münasibətlərinin normal olmamasıdır.

“Nöqsanlarla bağlı heç olmasa ildə bir dəfə hökumətlə müzakirələr aparılmalıdır”

Millət vəkili Tahir Mirkişili isə Azərbaycan dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına xərclənən vəsaiti açıqlayıb.

Millət vəkili Rüfət Quliyev isə Hesablama Palatasının prokurorluğa göndərdiyi materialların taleyinə aydınlıq gətirilməsini istəyib.

Müzakirələrdən sonra hesabat plenar iclasa tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
{paylas}