Binəqədi sakinləri blokadada - Qarajların qarşısında xəndək qazılıb,bina tikilir - FOTO

Paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi, 63 ünvanında aparılan qazıntı işləri yerli sakinlərə ciddi problem yaradıb.
Kanal17.orgxəbər verir ki,bu barədə Bakupost.az -a daxil olan şikayətdə bildirilir.
Sakinlər qeyd edirlər ki, hansısa tikinti şirkəti yaşadıqları binanın həyətində gecə ikən qazıntı işləri aparıblar:
"Səhər durub gördük ki, yeni yaşayış binasının özülünü atmaq üçün dərin xəndək qazıblar. Qazıntı zamanı qarajlarımızın qarşısındakı yolu da qazıblar. İndi maşınlarımız və əşyalarımız qalıb qarajda, çıxara bilmirik".



{paylas}