Ətdən birlikdə heyvan içalatı da bahalaşıb

Mal və qoyun ətinin qiymətinin artmasından sonra heyvan içalatı da bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, mal və qoyun əti bahalaşdıqdan sonra əhalinin müəyyən bir qismi ciyər almağa üstünlük verdi.

Ciyərə tələbatın artması isə bahalaşmaya gətirib çıxarıb.

Məsələn, əvvəllər 7 manata satılan mal içalatı ətin qiymətinin bahalaşması fonunda 10 manata satılırdı. İndi isə 11-12 manata qədər yüksəlib. Mal ciyəri ilə yanaşı qoyun içalatının da qiymətində fərq var.

Qəssablar hesab edirlər ki, bütün bunlar otun və yemin bahalaşması ilə bağlıdır.

Amma alıcılar qəssabın fikirləri ilə razı deyillər. Onlar heyvan ciyərinin az qala ətin qiyməti ilə bərabər olmasını düzgün hesab etmirlər.

Kəsim məntəqələrini işlədənlər deyirlər ki, növbəti aylarda ətin qiymətində dəyişiklik olmasa, ciyər də ucuzlaşmayacaq.

{paylas}