Xezerxeber.az-ın məlumatına görə, 30 il ərzindən ermənilər tərəfindən dağıdılmış hər şey indi xüsusi həssaslıqla yenidən qurulur, bərpa edilir.
Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur cənnətə çevrilir. Təkcə son bir neçə gün ərzində Prezident İlham Əliyevin iştirakı ilə bir sıra obyektkərin açılışı oldu, bəzilərinin təməlqoyma mərasimləri keçirildi.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, aparılan işlər yol xəritəsi üzrə davam edir. O, növbəti mərhələdə bərpası tamalanacaq və açılışı olacaq obyektlərə diqqət çəkib.
Prezidentin xüsusi nümayəndəsi vurğulayıb ki, dövlət başçısının xalqa müraciəti üçün Şuşa şəhərini seçməsi qürurverici olmaqla yanaşı, həm də dünyaya bir mesaj idi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: