"Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinə əsasən, silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır və bu, insan kimi bizim hüququmuzdur".Xəbər verdiyimiz kimi, bu fikirlər 1-ci Qarabağ müharibəsində itkin düşmüş 3890 nəfər azərbaycanlının ailə üzvlərini birləşdirən "Qarabağ itkin ailələri" İctimai Birliyinin Birləşmiş Millətlər Təşkilatına müraciətində yer alıb.
İctimai birliyin sədri Könül Behbudova bildirib ki, onlar 30 ildən çoxdur ki, bu hüquqdan məhrum olublar. Çünki Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən yayınır.
Könül Behbudova bildirib ki, itkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib. Bir sıra hallarda isə insanlar ailə üzvləri və yaxınları ilə birlikdə itkin düşüb, bütöv ailələr və nəsillər məhv edilib.
1-ci Qarabağ müharibəsində itkin düşmüş Əlibala Abdullayevin bacısı Məsmə Bağırova bildirib ki, birləşmiş millətlər təşkilatı bu qədər insanın taleyinə biganə yanaşmamalıdır. İtkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistana təzyiqlər edilməlidir.
Müraciətdə bildirilib ki, işğal dövründə ərazilərin Ermənistan tərəfindən minalarla həddindən artıq çirkləndirilməsi oradan qovulmuş insanların qayıdışını ləngidir. Rəsmi İrəvan həm mina xəritələrini, həm də itkinlərin kütləvi məzarlıqları barədə məlumatları Azərbaycana təqdim etmir. İnsanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyərlərə hörmətsizlik, vəhşilikdir və ermənistan buna görə cavab verməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: