Erməni separatçı və fəal Artur Osipyan yaranan vəziyyətdə separatçı rejimin “baş nazir”ini günahlandırıb:
“Gəlin kasıblar üçün açılan yeməkxanadan danışaq. Əgər insanların maddi problemləri varsa, o zaman hakimiyyət niyə onlara kömək etmir? Mənim “Qarabağda heç maliyyə problemi yoxdur” sözlərim xalqa yox, hakimiyyətə aiddir. Çünki onların kifayət qədər pulu var, problem büdcənin bölüşdürülməsindədir. Əsas məsələ budur ki, Ruben Vardanyan bütün bu məhsulları və ərzaqları haradan alır? Ona o qədər qida məhsullarını kim verib ki, o, hətta yeməkxana da açıb və özünü reklam etməklə məşğuldur. Mən Qurqen Nersisyana müraciət edirəm, xalqımızı aşağılamayın. Pasportlarını göstərdikləri təqdirdə camaatı dilənçilərin siyahısına salaraq onlara bir kasa şorba verirsiniz. İnsanlara müavinət ödəyin ki, mağazalardan lazımi məhsulları ala bilsinlər. Etdikləriniz oyundan başqa bir şey deyil”.