7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkisi Azərbaycan xalqının arzusunun, etimadının, iradəsinin nümayişi və təsdiqinə çevriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi 20 illik fəaliyyətinin ən böyük zirvəsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdir. Müzəffər Ali Baş Komandanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfər XXI əsrdə dünyada qələbə ilə başa çatmış ən ədalətli müharibə nümunəsidir. Azərbaycanın Qarabağ savaşı beynəlxalq aləmdə yeni müharibə texnologiyasının tətbiqi ilə aparılmış müharibə kimi də təkrarsızdır. Bu, dünya hərb tarixində ən qısa müddətdə qələbə ilə başa çatmış müharibə olaraq da əhəmiyyətlidir. Qalib Ali Baş Komandanın "dəmir yumruğ"u ilə 20 sentyabr 2023- cü il tarixdə cəmi bir gün ərzində Qarabağda keçirilmiş antiterror tədbirləri ilə də qüdrətli dövlət rəhbəri olan İlham Əliyev daha bir mühüm tarixi zəfərə imza atmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 illik işğaldan sonra ölkəsinin tarixi torpaqlarını düşmən əsarətindən azad edən, rəhbərlik etdiyi dövlətin tam ərazi bütövlüyünə nail olmağı bacaran liderdir. Azərbaycan Respublikasının mütləq suverenliyinin təmin edilməsi Prezident İlham Əliyevin möhtəşəm tarixi Zəfəridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 illik prezidentlik dövrünün xalqa hesabatını Qarabağdan verdi. Möhtəşəm hadisələrlə, Ağdərədə,Xocavənddə, Xocalıda, Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla möhtəşəm 20 ilə yekun vurdu.
20 illik prezidentlik dövründə Müzəffər Ali Baş Komandan xalqa verdiyi bütün vədləri həyata keçirməklə hər bir Azərbaycan vətəndaşının arzu və istəyini gerçəkləşdirdi. İşğal olunmuş torpaqlarımız azad edildi. Bütün Azərbaycan ərazisində suverenliyimiz bərpa olunaraq müqəddəs bayrağımız ucaldıldı. Tarixi zəfərimiz müstəqillik tariximizin ən parlaq səhifəsidir. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 20 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz və müzəffər xalq kimi tanıtdı. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti və prinsipiallığı nəticəsində bütün istiqamətlərdə əldə olunmuş böyük uğurların məntiqi nəticəsidir. İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günə ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olunub. İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib. Müstəqillik elan olunandan sonra ilk dəfədir Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nadir ölkələrdən biridir. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə min illərin o üzündə belə fəxarətlə xatırlanacaq şanlı səhifələr həkk etdi. Ulu öndər Heydər Əliyevin siyasi varisi, Ali Baş Komandan İlham Əliyev Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə imza atdı. Mümkünsüz olanı mümkün etdi. Azərbaycanın ən böyük probleminə son qoydu. Ən böyük milli məsələsini həll etdi. Yaratdığı qüdrətli Azərbaycan ordusu onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad etdi. Nəyi nə zaman edəcəyini yaxşı bilən Ali Baş Komandan bu misilsiz qələbə ilə nəinki torpaqlarımızı nankor düşməndən geri aldı, həmçinin xalqımızın milli qürurunu özünə qaytardı.Azərbaycanın qazandığı Qələbə, xüsusilə Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Vətən müharibəsi və onun qələbə ilə başa çatması müasir Azərbaycan dövlətinin həyatının ən parlaq anları kimi, tariximizin bundan sonrakı dönəmlərində daim xüsusi qürur və iftixar hissi ilə xatırlanacaq. Çünki bu, millətin ümid, inam, qürur anları idi. Bu, ölkəmizin yeni tarixinin başlanğıcı, yeni inkişaf üfüqlərinin açılması məqamıdır. Bu gün Azərbaycan bayrağının Ağdərədə, Əsgəranda və eləcə də Xankəndidə ucaldılması həqiqətən də çox böyük, tarixi və mənəvi hadisədir. Bu, Azərbaycanın uzun illərdir ki, işğal altında qalan tarixi torpaqlarının nəhayət ki, azadlığa qovuşması, yenidən Azərbaycan dövlətinin nəzarəti altına keçməsi deməkdir.Bu gün Xankəndidə dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün xoşbəxtlik, fərəh, qürur, ləyaqət mənbəyidir. Bu, həm də vətənimizin, dövlətimizin bütövləşməsi deməkdir.
Oktyabrın 15-də tariximizə daha bir şanlı səhifə yazıldı. Qalib sərkərdə cənab İlham Əliyev xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımız əzəli və əbədi torpaqlarımızda - Xankəndidə, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaldı. Sübut etdik ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının əsl sahibidir. Bəli, Xankəndi azaddır, bu qədim şəhərimizin mərkəzində Prezident İlham Əliyevin də vurğuladığı kimi, onillərlə separatizmin yuvası olmuş binada bayrağımız dalğalanır. Xankəndidə bayrağımızın ucaldılmasını Vətən müharibəsindən sonra dövlətimizin, xalqımızın, Prezidentimizin əldə etdiyi ən böyük nailiyyət hesab edirəm. Hər birimiz fəxr edir və sözlə ifadə edilməsi mümkün olmayan sonsuz qürur hissi keçiririk ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın möhtəşəm Qələbəsi ilə başa çatdı. Şanlı Qələbəmiz 30 illik həsrətə, nisgilə, sıxıntılara son qoydu. Müstəqilliyimizin, suverenliyimizin, milli mənliyimizin, milli qürurumuzun, milli kimliyimizin rəmzi olan üçrəngli bayrağımız işğaldan azad olunan torpaqlarımızda dalğalandıqca başımızı dik tutur, hər zaman böyük inamla bəyan etdiyimiz “Biz tarixi torpaqlarımıza qayıdacağıq” çağırışının reallıqda öz əksini tapmasından qürur duyuruq. Bu tarixi Qələbənin əldə olunmasında milli birliyimizin, həmrəyliyimizin rolu xüsusi qeyd olunur. 44 günlük müharibə bir daha göstərdi ki, xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Xalqımız öz haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi,
məğlubiyyət damğasını üzərindən götürdü. Bu savaşın nəticəsində dünya bizi həm də qalib xalq kimi tanıdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və Böyük Qələbə ilə başa çatan Vətən müharibəsində xalqımızın və ordumuzun zəfər salnaməsi yazıldı.
Suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan Ali Baş Komandan, oktyabrın 15-də, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin əyani təzahürüdür. Sözü imzası qədər dəyərli olan Ali Baş Komandan, Prezident İlham Əliyev Prezidentlik fəaliyyətinin iyirmi ilində çoxəsrlik Azərbaycan tarixində xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Zəfər imzalı qüdrətli liderdir. Bu gün qalib xalq və qalib dövlət olaraq daha xoşbəxt, daha güclü və daha qüdrətliyik! Son 100 ildə ilk dəfə Azərbaycanın şanlı bayrağı Qarabağın bütün ərazisində Ağdərə, Əsgəran, Xankəndi, Xocalı və Xocavənddə dalğalanır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltması tarixi hadisə oldu. Təqvimə qırmızı rənglə düşəcək bu tarixi gün həm də Azərbaycan Prezidentinin 20 illik gərgin, məqsədyönlü fəaliyyətinin nəticəsi, zəfər zirvəsi idi. Xalqına verdiyi bütün vədləri yerinə yetirən, sözü imzası qədər keçərli olan lider oktyabrın 15-də bizə Zəfərimizin təntənəsini yaşatdı. Müzəffər Ali Baş Komandan Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla iki yüz illik məkrli planın – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin qarşısını aldı. Ötən
2024-cü il 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkisi bir daha Azərbaycan xalqının arzusunun, etimadının, iradəsinin nümayişi və təsdiqinə çevriləcək. Xalqımız birmənalı olaraq hər birimiz öz Liderinə, xilaskar Prezidentinə, Müzəffər Ali Baş Komandanına səs verəcəyik. Bu seçki nəticəsində Azərbaycan daha parlaq günlərini yaşayacaq.
Azərbaycan bu günə qədər olduğu kimi, 7 fevraldan sonra da həm Cənubi Qafqazın, həm də dünyanın nüfuzlu ölkəsi olaraq daha da yüksələcək. Seçkilərdə xalqımıza, Azərbaycansevərlərə, damarında azərbaycanlı qanı axan hər bir insanımıza uğurlar arzu edirik. Təbii ki, Azərbaycan xalqının bir seçimi var – o da İlham Heydər oğlu Əliyevdir. Azərbaycan xalqı öz liderinə – Prezidentinə güvənir və inanır! Xalq öz Prezidentini sevir! Xalq öz Prezidentinin arxasındadır!
Bu qarşılıqlı inamla 20 ildə əsrə bərabər möhtəşəm bir yol qət edən, cəmi 23 saat ərzində qəti Qələbəyə imza atan xilaskar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanımızı bundan sonra da daim zəfərlərə, zirvələrə
aparacaqdır!

UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Mövlud Hüseynov
{paylas}