
kanal17.org bildirir ki, insanlar burada qəribə bir öncəgörmənin baş verdiyini deyirlər.
“Daily Star” bildirir ki, 2019-cu ilin aprelində efirə gedən növbəti buraxılışda dərzi-dizaynerlərə mankenlərin bədənini maksimum örtə biləcək geyim yaratmaq tapşırılıb.
Dizayner Kovid Kapur modellər üçün qırmızı kostyum və ağız -burunu bağlayacaq maska tikib.
Rolik bu günlərdə internetdə məhşurlaşıb. İstifadəçilər modelyerin adına və maskaya diqqət yetirərək hazırda bunların koronavirusun simvoluna çevrildiyini yazıblar.
Onların fikrincə, şounun yaradıcıları COVİD-19 infeksiyasının əvvəlcədən işarə vurublar.
Kovid Kapur isə jurnalistlərə deyib ki, bu dizaynla pandemiya barədə heç bir işarə vurmaq niyyəti olmayıb. Lakin bu iddianın maraqlı olduğunu vurğulayıb. Azpost.info