"Ramiz Novruz xəstəliyini ona görə gizlədirdi ki..." - Nicat Rəhimov - VİDEO

O, Ramiz Novruz haqda xatirələrini bölüşüb:

"Ramiz əmi haqqında çox şey danışa bilərəm, onu deyim ki, biz gənc aktyorlara həmişə dəstək olub. Mən oğlu Cavidanla bir universitetdə oxumuşam. Biz hər dəfə dərs bitəndə, universitetdən çıxanda gedirdik evə, Ramiz əmi evdə olurdu. Hansısa zarafatlarımıza, göstərdiyimiz qısa səhnəciklərə baxırdı, gülürdü. Ramiz əmi başqa insan olub. Hamının dostu olub, hamının yaxşılığını istəyib”.

Nicat Rəhimov qeyd edib ki, Ramiz Novruz kimisə narahat etməmək üçün xəstəliyini çox da büruzə vermirdi:

"O, istəmirdi ki, kimisə narahat etsin, ona görə kimsə fikir çəksin, kimsə ona zəng vursun ki, nə olub? Bir az qapalı insan idi. Heç kimə əziyyət verməyi sevmirdi. Bununla bağlı ola bilər ki, xəstəliyini gizlədirdi, istəmirdi kimsə narahat olsun. Allah ona rəhmət eləsin”.

{paylas}