“Mənə Əli Mirəliyevin fikri maraqlı deyil. Biz İlhamə xanımın məzarının üstünə gedirik də, yasin də oxutdururuq, gül də aparırıq. Oranın işçiləri də bizi görür və tanıyır. Hər dəfə də ağ rozalar orada olur. Çünki bacım ağ qızılgüllərini çox sevirdi. Kimə maraqlıdırsa gedib onlardan soruşsun. Avqustun 17-də orada idim. Hər bayramda, ad günündə, anım günündə, Məhərrəm ayında biz gedirik. Mən gedib qəbirstanlıqda uzanmalıyam?”Kanal17.org xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında mərhum sənətkar, Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva deyib. O daha sonra Əli Mirəliyevə onların ailəsi haqda danışmağı qadağan edib: “Hamı bilir ki, Əli Mirəliyev nə ağıldadır və nə danışır. O bir də artıq-əskik danışsa mən onunla məhkəmədə görüşəcəm. O bizim haqqımızda danışa bilməz. Bizim onunla heç bir əlaqəmiz yoxdur.
Əli Mirəliyev bir dəfə özü ayağını əyib İlhamənin məzarına gedib ki, bizdən də danışır? Ora məndən, bizim ailədən və bir də Novruz Aslandan başqa heç kim getmir. İlhamə xanım sağlığında heç onu yaxınına buraxmayıb. Sizdən xahiş edirəm, bir də zəng edəndə onun adını mənim adımın yanında çəkməyin və onunla bağlı mənə zəng etməyin” deyə o bildirib.
Qeyd edək ki, Əli Mirəliyev müsahibəsində İlhamə Quliyevanın doğum günündə bacılarının onun məzarını ziyarət etmədiyini bildirmişdi.