Sabiq hakimə 5 il cəza...


Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Kanal17.org bildirir ki,Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə sabiq hakim barəsində hökm çıxarılıb.
İstintaq zamanı müəyyən edilib ki, Elsun Əhmədov hakim işlədiyi dövrdə narkotiklə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi müqabilində onun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda ittiham olunub.
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar aşkarlandığından 2023-cü ildə onun hakimlik səlahiyyətləri uzadılmayıb.
Sabiq hakim Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddəsi ilə təqsirli bilinib.
{paylas}