Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” Sərəncam imzalayıb.Kanal17.org xəbər verir ki, hakim vəzifəsinə təyin olunanlar arasında Vəkillər Kollegiyasının üzvləri də var.
Hakim təyin olunan vəkillərin siyahısını təqdim edirik:
Vüqar Qurban oğlu Abbaslı – Balakən Rayon Məhkəməsinin hakimi;
Bəxtşən Aydın qızı Adıgözəlova – Qobustan Rayon Məhkəməsinin hakimi;
Vüsal Suliddin oğlu Cəfərov – Binəqədi Rayon Məhkəməsinin hakimi;
Natiq Abbas oğlu Əliyev – Nərimanov Rayon Məhkəməsinin hakimi;
Əli Surxay oğlu Hümbətov – Gədəbəy Rayon Məhkəməsinin hakimi;
Nuranə Asif qızı Məmmədova – Nərimanov Rayon Məhkəməsinin hakimi;
Rübabə Əşrəf qızı Məmmədova – İmişli Rayon Məhkəməsinin hakimi;
Səbuhi Həsənpaşa oğlu Mikayılov – Sabirabad Rayon Məhkəməsinin hakimi./e-hüquq.az