Ötən gün bir falçıya qonaq olan jurnalist Aytən xanım bir sıra məsələlərə aydınlıq gətirməyə çalışıb.
Adının çəkilməsini istəməyən falçı xanım dəhşətli sirrlərin üstünü açıb.
Belə ki,onun yanına gələn insanlardan elələri olub ki,nəinki ailə dağıtmaq, hətta insanın bütün əl-qolunu bağlamaq, ruzisini kəsmək,xəstə salmaq kimi müraciətlər edib.Buna görə külli miqdarda pul təklifləri də olub.
Onun dediyinə görə, gecələr cinləri və şeytanları çağırıb onların köməyindən istifadə etməyə çalışır. Bəzi hallarda alınır,hərdən də alınmır.
Bu asılıdır cadu olunan insanın qoruyucu mələklərindən. Falçının dediyinə görə sifariş veən adam özü günaha batır.Biz sadəcə iş görürük.Cinlərə və şeytanlara danışırıq.
Elə insanlar da var ki,qoruyucuları güclüdür, onlara cadu eləmək mümkün olmur.
İslam ənənəsinə görə, pis cinlər (şeytanlar) insanların taleyi və gələcək hadisələri haqqında mələklərin söhbətlərini dinləmək üçün aşağı səmanın sərhədlərinə qalxırlar. Onlar həqiqəti yüz yalanla qarışdırır və bu məlumatı falçıya ötürürlər.
Hər bir insan görünməz bir yoldaşla - cin ikiqatı (Korin və ya Karin) ilə doğulur. Falçını ziyarət etdiyiniz zaman onun cin köməkçisi sizin Korinlə əlaqə saxlayır. Bu yolla falçı dərhal adınızı, keçmişin sirlərini, qohumların adlarını və problemləri öyrənir ki, bu da müştəriyə "əsl möcüzə" effekti yaradır.
Şeytanlar və cinlər insanların zehninə nüfuz edə və müəyyən düşüncələri, qorxuları və ya bağlılıqları aşılaya bilirlər. Falçı onlardan bir insana sevgi tilsimi etmək və ya arzuolunan ideyaları aşılamaq üçün istifadə edə bilər.