
Kanal17.org xəbər verirk ki, "VAZ 2121" ("Niva") markalı 90-EA-774 dövlət qeydiyyat nişanlı avtomobillə 34-BG-302 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində ölən şəxslərin adı aşağıdakılardır:
Quliyev Ceyhun Arif oğlu (1988);
Baxşəliyev İlkin Məhərrəm oğlu (1995);
Kərəmova Xalidə İsa qızı (1972);
Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968);
Baxşaliyeva Məfdunə Məhərrəm qızı (1998).
2001-ci il təvəllüdlü Baxşaliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə müraciət edib.
***
Bərdədə iki avtomobil toqquşub, hadisə nəticəsində 5 nəfər ölüb.
Bakupost.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həlak olanlardan biri "Mercedes" maşını ilə toqquşan "Niva"nın sürücüsü Quliyev Ceyhun Akif oğludur.
Məlumata görə, Ceyhun Quliyev ANAMA-nın əməkdaşıdır. Bundan başqa, qəza nəticəsində Daxili Qoşunların hərbçisi də həlak olub.