
Mərmər və ağ daşdan olan məzar daşları sındırılaraq yararsız hala salınıb.
“10 rus məzar daşına ziyan vurulub”
Balaxanı bələdiyyəsinin sədri Bahadır Qasımov deyir ki, qəbiristanlıq ərazisində ştat cədvəli üzrə bir mühafizəçi işləyir. O, da səhər saatlarından axşam saat 18:00-a kimi qəbiristanlığa nəzarət edir. Ərazi böyük olduğundan bir mühafizəçi ilə təhlükəsizliyi təmin etmək mümkün olmur.
Bələdiyyə sədri bildirdi ki,verilən tapşırığa uyğun olaraq ərazidə abadlıq işlərinə başlanılıb, su xəttinin çəkilməsi ilə əlaqədar aidiyyəti qurumlara müraciət edilib, sındırılmış məzar daşlarının yenisi ilə əvəz olunmasına, habelə mühafizə məqsədilə qəbiristanlığın hasarlanmasına başlanılıb.
“Xəzər Xəbər” ərazidə çəkiliş apardığı zaman məlum olub ki, qəbiristanlıq ərazisində çoxlu sayda belə məzar daşları var və onların da baş, sinə hissələri yarasız vəziyyətə düşüb.
“Günün sonunda hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb”
Həyata keçirilən tədbirlər nəticəsində qəbiristanlıqda təmir işləri görən, 34 yaşlı Seymur Daxilov saxlanılıb.
İstintaq davam etdirilir.
Qeyd edək ki, Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi - Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə ötən gün Balaxanı qəsəbəsindəki rus qəbiristanlığına baxış keçirilib.
Zeynal Nağdəliyev yerində sakinlərlə, o cümlədən rus icmasının nümayəndələri ilə görüşüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: