Narkotik satan və alan şəxslər ifşa olundular..VİDEO

Şəmkir rayonunda narkotik satan və alan şəxslər ifşa olunublar.

Kanal 17.org xəbər verir ki,rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılaraq istintaqa cəlb edilib. Üzərindən "heroin" aşkarlanan şəxs narkotik maddəni "Miki" adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Turab Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini Mikayıl Zamanov saxlanılıb. Şübhəli şəxsin üzərindən müxtəlif bükümlərdə "heroin" və "marixuana" aşkar edilib. Onun evindən isə 2 ədəd torbada ümumi çəkisi 5 kq 110 qram narkotik maddə olan "heroin" aşkar edilərək götürülüb. Dindirilmə zamanı Mikayıl Zamanov narkotik maddəni onlayn yolla İran vətəndaşından aldığını etiraf edib.

Hər iki faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.//xezerxeber
{paylas}