
Kanal17.org xəbər verir ki, Binəqədi-Balkaxanı yolunda baş verən qəzada üç avtomobil toqquşub.
31 yaşlı Namiq Həşimov minik avtomobili ilə Binəqədi-Balaxanı yolunda hərəkətdə olarkən, qarşıdan gələn 45 yaşlı Anar İbrahimovun idarə etdiyi ''Vaz-2105'' markalı avtomobillə toqquşub.
Bu zaman arxadan gələn, 20 yaşlı Elvin Abbassovun idarə etdiyi avtomobil ''VAZ 2105'' markalı maşına çırpılıb. Nəticədə hər 3 avtomobili alov bürüyüb.
Dünyasını dəyişmiş şəxs ''VAZ 2105''in sürücüsü Anar İbrahimovdur. O, aşan avtomobilinin salonunda yanaraq vəfat edib.
“Yol Polisi qəzaya uğrayan avtomobilləri yolun hərəkət hissəsindən çıxararaq, cərimə meydançasına aparıb.”
Ağır yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, avtoekspertiza təyin edilib. Ekspertizanın rəyindən sonra qəzanın hansı sürücünün səhlənkarlığı ucbatından baş verdiyi məlum olacaq.//xezerxeber