
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Mircəlal Kazımi deyib.
O bildirib ki, orqan transplantasiya əməliyyatlarının qiymətləri ilə bağlı məsələ müzakirə olunur:
“Düşünürəm ki, müəyyən zaman ərzində orqan köçürülmə əməliyyatı icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olacaq. Bu baş verərsə, həm donor sayı, həm də xəstələrin əməliyyat olma şansı artacaq”.