Dünyada ikinci belə QARDAŞ ölkələr yoxdur.

Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı daim dünyaya nümunə göstərilib.

Xezerxeber.az xəbər verir ki, Şuşa Bəyannaməsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir.

Millət vəkili , Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Musa Qasımlı deyir ki, ''Şuşa Bəyannaməsi"nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Deputat bildirib ki, ikitərəfli əlaqələrin hazırkı yüksək səviyyəsinin məntiqi nəticəsidir ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycana dövlət səfərinə gəlir.

Əsas məqsəd dövlətlərarası münasibətlərin ən yüksək həddini, ölkələrarası əməkdaşlığın ən ali səviyyəsini nümayiş etdirmək və bir daha da təsbit etməkdir.

Musa Qasımlı vurğulayıb ki, dünyada və regionda böyük əhəmiyyətə malik qlobal iqtisadi layihələrin həyata keçirilməsi üçün hər iki dövlətin potensialından qarşılıqlı istifadə edilməsi birliyimizi daha da möhkəmləndirir.

{paylas}