Putinin məşhur generalının intim görüntüləri yayıldı – VİDEO/18+

Rusiya ordusunun Belarusdakı qruplaşmasının hazırkı rəhbəri və Vladimir Putinin sabiq xüsusi nümayəndəsi, general Aleksandr Matovnikovun intim videosu yayılıb.

Kanal17.org “AzPolitika.info”ya istinadən xəbər verir ki, bir çox mətbu orqanlarda və sosial şəbəkələrdə yayılan videoda generalın kamera qarşısında kimin üçünsə “intim rəqs” etdiyi görünür.

Media general Matovnikovun həmin videonu öz həmcinsi üçün çəkdiyini yazıb və hətta onun “dostu” ilə yazışmalarını dərc edib.

Qeyd edək ki, Matovnikov şəxsən Putin tərəfindən “Rusiya qəhrəmanı” ulduzu ilə təltif olunub və hazırda Belarusdakı qoşunlara rəhbərlik etməklə yanaşı, Quru Qoşunları komandanı, məşhur general Sergey Surovikinin müavini vəzifəsini daşıyır.
Mətbuat xüsusilə də ona diqqət yetirir ki, bu video Belarusdakı “Maçulişi” aerodromundakı məlum partlayışdan az sonra yayımlanıb. Sözügedən general həm də bu aerodromun təhlükəsiziyinə görə məsuliyyət daşıyır.

{paylas}