Türkiyədə nəqliyyat və rabitə sahəsinə böyük həcmdə sərmayə yatırılıb VİDEO

Türkiyədə nəqliyyat sahəsinin inkişafi daim diqqətdə saxlanılır. Son illər nəhəng layihələrə imza atılıb. Qardaş ölkədə ötən 20 il ərzində nəqliyyat və rabitə sahəsinə 183 milyard dollardan çox sərmayə qoyulub.

2002-2022-ci illər ərzində Türkiyədə yol şəbəkəsinin uzunluğu 6 min 101 kilometrdən 28 min 986 kilometrədək artırılıb.

Tunellərin sayı 83-dən 484-ə, su təbəqəsi üzərində qurulan körpülərin sayı isə 5.967-dən 9.701-ə çatıb. 2002-ci ildə 10 min 959 kilometr olan dəmir yolu xəttinin uzunluğu indi 13 min 128 kilometr təşkil edir.

Ötən dövr ərzində hava nəqliyyatı sahəsində də böyük irəliləyişlər əldə edilib. İyirmi il ərzində ölkə üzrə aktiv fəaliyyət göstərən aeroportların sayı 26-dan 57-ə yüksəlib. Sürətli qatar şəbəkəsinin inkişaf etdirilməsi də daim diqqətdə saxlanıb.

Türkiyəli ekspert Yavuz Güngör vurğulayıb ki, nəqliyyat sahəsi üzrə qarşıda daha böyük hədəflər var.

Qeyd edək ki, Türkiyənin 2053-cü il baxış planında nəqliyyat və logistika sahəsinə 198 milyard dollar investisiyanın yatırılması nəzərdə tutulur.


//Xezerxeber.az

{paylas}