Nisgili vüsala çevirən şəhidimiz - VİDEO



“Səni babamın məzarına ziyarət etməyə aparacam” - anasına verdiyi sözü canı, qanı bahasına yerinə yetirən Orxan Salehov Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrildi.
"Ölkə.Az" Baku TV-yə istinadən xəbər verir ki, Şamaxı sakini Orxan Salehovun ən böyük arzusu anasının doğulub boya-başa çatdığı Ağdamı düşmən tapdağından xilas etmək idi.

Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidimizin atası Fikrət Salehov qəlbində daşıdığı oğul acısını dilə gətirməkdə çətinlik çəksə də, başı ucadır. Çünki, böyütdüyü övlad könüllü olaraq cəbhədə düşmənə qan udduran igidlərimizdəndir.
{paylas}