
Mərkəzi Kahramanmaraş olan 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində Hatayın İskəndərun rayonunda dəniz səviyyəsi qalxıb. Sahil boyu yolları, meydanları və iş yerlərini su basıb. Risk səbəbindən bulvardakı binalar və iş yerləri boşaldılıb.
Türkiyəni sarsıdan iki güclü zəlzələdən sonra Hatayın İskenderun rayonunun Çay Mahallesi sahil yolunda dəniz səviyyəsi qalxıb. Dəniz Mete Aslan bulvarına doğru daşıb.