Vüqar Əhməd: "Məni xəstəxanalıq edən xəstəlik yox, haqsızlıqlar və stress oldu"

Tanınmış şair, alim və ədəbiyyatşünas Vüqar Əhmədin səhhətində yaranan problemlərlə bağlı yayılan xəbərlər bizi də narahat etdi. Məsələ ilə bağlı Vüqar Əhmədlə əlaqə saxladıq.
Hazırda "Kəpəz" Klinikasında müalicə alan Vüqar Əhməd bildirib ki, səhhətində bir neçə ciddi problem mövcuddur və aparılan müalicə davam edir. Onun sözlərinə görə, son müayinələr zamanı şəkər xəstəliyi də aşkarlanıb. Şair qeyd edib ki, klinikanın rəhbərliyi və tibbi heyət müalicə prosesinə diqqətlə yanaşır və sağalması üçün lazımi tibbi dəstək göstərilir.
Lakin Vüqar Əhməd hesab edir ki, onu bu vəziyyətə gətirən əsas səbəb uzun müddətdir üzləşdiyi əsəb, stress və haqsızlıqlardır. O iddia edir ki, bəzi məmurların ona qarşı münasibəti sağlamlığına ciddi mənfi təsir göstərib. Şair bildirib ki, əgər tam sağalmayacağı təqdirdə bu məsələləri ictimailəşdirəcək və məsul şəxslərin adlarını açıqlayacaq.
Biz də Vüqar Əhmədə tezliklə sağlamlığına qovuşmasını arzulayır, səsləndirdiyi iddiaların isə aidiyyəti qurumlar tərəfindən obyektiv şəkildə araşdırılmasının vacibliyini hesab edirik.
{paylas}