Həyat çırağı yarıda sönmüş dörd gənc

Türkiyədə baş vermiş zəlzələ bizim yaddaşımıza həm də Malatyada 4 azərbaycanlı tələbənin dünyasını dəyişməsi ilə həkk olundu. Bütün Azərbaycan günlərlə böyük ümidlə onların dağıntılar altından sağ çıxarılacaqları xəbərini gözlədi. Amma olmadi, möcüzə baş vermədi. Dağıntılar altından cansız bədənləri çıxarıldı. Bu gecə onların nəşləri Bakıya gətiriləcək.

Kanal17.org xəbər verir ki,"Xəzər Xəbər" həmin tələbələrdən 3-nün evində olub…

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıntıları altından nəşi çıxarılan tələbələrdən biri Şahin Vəliyev Gəncə sakini idi. Şahin Malatyadakı İnönü Universitetinin tələbəsi idi.

Təbii fəlakətin baş verdiyi gündən dünənədək ailəsi ümidli idi. Malatya şəhərinə dəvət olunan dayısının təsdiqilə bütün ümidlər kəsildi. İndi ailə Gəncədə Şahinin cənazəsinin yolunu gözləyir…

"Xəzər Xəbər" Sumqayıtdan olan tələbələr Ümam İsmayıllı və Gündüz Nəzərzadənin də evində olub.

Gündüz Nəzərzadənin də ölüm xəbəri ailəsini, onu sevənləri yasa boğub. Valideynləri hadisə baş verən gündən Türkiyənin Malatya şəhərinə yollanıb. Qohumları deyirlər ki, Gündüz Tibb Universitetini bitirdikdən sonra uzman olmaq üçün Türkiyədə magistr təhsili alırdı.

Tələbələrin cənazələrinin bu gecə Azərbaycana gətirilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

{paylas}