Sakinlər avtovağzallardan narazıdır...VİDEO

Şəhərlərarası sərnişinlərin daşınması üçün ən uyğun kompleks hesab edilən avtovağzalların yerləşdiyi yerdən sakinlər narazıdır.

Xezerxeber.az xəbər verir kİ, xüsusilə rayonlarda yaşayan sakinlər avtovağzalın gediş-gəliş üçün uyğun ərazidə yerləşmədiyini, yaxud ərazisinin kiçik olduğunu bildirirlər.

Elə hazırda Tovuz avtovağzalındayıq.

Elə sürücülər də narazıdırlar… maşını saxlamağa yer tapmadıqlarını bildirdilər.

Şirvan şəhər sakinləri isə avtovağzalın şəhərdən çox uzaq olmasından narazıdır.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, avtovağazalların yerinin əlverişli olmamasının həll yolu var.

Ekspert bildirdi ki, avtovağzallardakı mövcud vəziyyət onların büdcsinə də təsirsiz ötüşmür.

Elməddin Muradlı onu da vurğuladı ki, sərnişinlər də bu halı nəzərə almalı, bilməlidir ki, avtovağzal onların evlərinin qarşısı deyil.

Xüsusilə, sərnişinlər onu bilməlidir ki, qanuni avtovağzaldan çıxan hər bir sərnişinin həyatı sığortalanır.//xezerxeber.az:
{paylas}