ABŞ-də hakim Artur Enqoron ölkənin keçmiş prezidenti Donald Trampı dələduzluqda təqsirli bilib. Bu barədə yeri KİV məlumat yayıb.
Bildirilib ki, o banklarla və sığorta şirkətləri ilə daha yaxşı sövdələşmələr əldə etmək üçün sərvətini maliyyə hesabatlarında milyardlarla dollar şişirdib.
Nyu-York ştatının baş prokuroru Letisiya Ceyms bəyan edib ki, son 10 ildə Donald Tramp hər il sərvətini 1,9 milyard dollardan 3,6 milyard dollara qədər şişirdib.
Prokuror sabiq prezident üçün 250 milyon dollar cərimə tətbiq olunmasını, həmçinin ona və oğullarına məxsus ailə biznesləri olan “Trump Organization”u idarə etməsinə qadağa qoyulmasını istəyir.
Qeyd edək ki, keçmiş ölkə başçısının müdafiə komandası fırıldaqçılıq iddialarını rədd edərək prokurorun iddiasının siyasi motivli olduğunu bildirib.
Letisiya Ceyms isə qeyd edib ki, Donlad Trampla tərəfdaşları kreditlər və sığorta üzrə daha sərfəli şərtlər əldə etmək məqsədilə maliyyə hesabatlarını saxtalaşdırıblar.//baku.tv