Azərbaycan təhsilinin tərəqqisi

Məktəb üç kollektivin - müəllim, şagird və valideyn kollektivlərinin vəhdətindən ibarətdir. Bu kollektivlər ümumi məqsəd uğrunda səylərini birləşdirərək yüksək nəticələr əldə etdikdə inamla yaradıcı vahid kollektivin formalaşdığını təsbit etmək olar. Məktəb elə bir müəssisədir ki, orada formalaşan iş mühiti və üslubu, ilk növbədə, məktəb direktorunun şəxsiyyətindən çox asılıdır.

Xalqımız, dövlətimiz məktəbin qarşısında çox mühüm, məsuliyyətli vəzifələr qoymuşdur. Heç vaxt məktəb həyatının ritmi indiki kimi dolğun, məzmunlu və gərgin olmamışdır.

Bugünkü məktəbdə tədris olunan elmlərin əsaslarının məzmunu və metodlarının intensiv şəkildə yeniləşdirilməsi prosesi gedir, təlim-tərbiyə işi dərinləşir və çoxcəhətli olur, məktəbin sosial funksiyaları genişlənir. Bu vəzifələrin uğurla həyata keçirilməsi məqsədə istiqamətləndirilmiş, yüksək səviyyədə təşkilatlanmış və səfərbər edilmiş pedaqoji kollektivə müyəssər ola bilər. Yaxşı təlim və tərbiyə edə bilən kollektivin formalaşdırılması, ilk növbədə, direktorun işidir.
Xırdalan şəhəri 2 saylı orta məktəbin direktoru Ədalət Camalova uzun illərdir ki,çalışır.
Son illər pandemiya bütün sahələrə təsir göstərdiyi kimi ,təhsilimizə də mənfi təsir göstərib.Onlayn dərslər keçirilsə də,hamıya sirr deyil ki,bu heç də ürəkaçan deyil.Lakin,məktəblərdə müəllimdən direktora kimi ,hər kəs öz işinin öhdəsindən gəlməlidir.
Ədalət Camalova o direktorlardandır ki,uşaqların gələcəyini,təhsili hər şeydən üstün tutur.
Son vaxtlar Abşeron rayonunda təhsil sahəsində baş verən xoşagəlməz söz-söhbətlər əsassız olduğu 2 saylı məktəbdə sübut olundu.
2019-2020-ci il dərs ilində məktəbdə 5 minə yaxın şagirdi əhatə edən 190 sinif təşkil edilmişdir. Həmin şagirdlərin təlim tərbiyəsi ilə 464 nəfər müəllim məşğul olur.

Məktəbdə Azərbaycan və rus bölməsi fəaliyyət göstərir. Məktəb 3 növbəlidir. Keçən dərs ilində məktəbi 242 şagird bitirmiş və onlar tam orta təhsil haqqında attestat almışdır. Onlardan 8 nəfəri fərqlənmə attestatı, 1 nəfəri isə xüsusi fərqlənmə attestatı almış, qızıl medala layiq görülmüşdür. 155 nəfər şagird ali məktəblərə qəbul olunmuşdur. IX sinifləri isə 333 nəfər şagird bitirib və ümumi orta təhsil haqqında attestat almışdır. Onlardan 10 nəfəri nəaliyyətlərinə görə fərqlənmə attestatı almışdır.

2020-2021-ci dərs ilində məktəb “Tədrisin keyfiyyətinin yüksəldilməsi” probleminə daha çox diqqət yetiriləcəkdir.

Məlum olduğu kimi ölkəmizdə son illərdə sosial quruculuq elmi texniki yeniliklər respublikamızın dünya ölkələri arasında getdikcə nüfuzunun artması beynəlxalq arenada Azərbaycanın öz sözünü deməsi heç şübhə yoxdu ki, ölkə daxilində dövlətin təhsilə verdiyi böyük zəhmətin məhsuludur. Təbii ki, biz müəllimlər dövlətimizin, xalqımızın qarşısında təhsilin önəmli istiqamətlərini dərindən başa düşür və onun həyata keçirilməsinə müvəffəqiyyətlə səy göstərir.

Ümumi təhsil sahəsində 2020-2021 dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinə əsasən 2018-2019-cu dərs ili “Təhsildə keyfiyyət ili”nin davam etdirilməsi məqsədə müvafiq hesab edilmişdir. Bu baxımdan məktəbdə dərs ilinin əvvəlində illik pedoqoji fəaliyyətin əsas istiqamətlərini müəyyən edən zaman müəllimlərin peşə ustalığının artırılması və şagirdlərin yüksək təlim və tərbiyə almalarının yollarını bir vəzifə olaraq qarşıya qoyublar. Fərəhli haldır ki, ilin nəticələrini araşdıran zaman məlum oldu ki, bu sahədə pedoqoji fəaliyyət düzgün yoldadır.


Təhsil nazirinin keçirdiyi II QRAND “Dinamik təhsil” lahiyəsinin qalibi məktəbin direktoru, Tərəqqi medalına layiq görülmüş,BDU-nun doktorantı, dil-ədəbiyyat müəllimi Camalova Ədalət Camal qızı olmuşdur.

İşlədiyi dövrdə məktəb 2 dəfə “İlin məktəbi” adına layiq görülmüş, Təhsil Nazirliyinin keçirdiyi QRAND layihəsində iştirak etmiş və məktəb “Dinamik təhsil” adlı layihənin qalibi olmuşdur. Hal-hazırda BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının doktorantıdır. “Yeniyetmələrin Azərbaycançılıq ruhunda tərbiyəsi üzrə işin sistemi” mövzusu ilə müxtəlif xarici ölkələrin və Azərbaycanın nüfuzlu jurnallarında yazıları dərc edilir. 25-ə yaxın elmi əsərləri müxtəlif mətbu orqanlarda çap olunmuşdur. “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
{paylas}