Xezerxeber.az xəbər verir ki, hər iki ölkə həm beynəlxalq təşkilatlar çərçivəsində,həm də ikitərəfli formatda bir -birini dəstəkləyir. Birgə icra edilən çox önəmli layihələr təkcə Azərbaycan və Gürcüstan üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır.Tez-tez baş tutan qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin genişləndirilməsinə və dərinləşməsinə təkan verir.
Millət vəkili Vüqar İskəndərov bildirib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri bölgə üçün bir çox məsələlərdə faydalı olacaq..
İqtisadçı ekspert Eldəniz Əmirov deyir ki, Gürcüstan Azərbaycanın qoşusu kimi bir çox məsələlərdə, xüsusilə regional qərarlarda yekdil mövqe nümayiş etdirir.
Ekspertlər hesab edir ki, iqtisadi və siyasi əlaqələr bundan sonra daha da güclənəcək.