Qüdrətli, bütöv Azərbaycanın banisi, ölkə başçımız cənab İlham Əliyev...

Ulu öndər Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycanı dünya arenasında uğurlu və qalib dövlət səviyyəsinə ucaldan, dünya şöhrətli siyasi lider, möhtərəm, Cənab Prezident İlham Əliyev hər bir azərbaycanlının iftixarı və qürur mənbəyidir. İlham Əliyev İkinci Vətən savaşını və 24 saatlıq antiteror əməliyyatını zəfərlə başa çatdırmaqla Azərbaycanda, regionda və Dünyada erməni mifinə ağır və sarsıdıcı zərbələr vurdu və dünyanın ən ciddi problemlərindən olan Qarabağda erməni separatizmini ləğv etməklə xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Müstəqillik qazanıldıqdan sonra bütövləşmiş Azərbaycan Respublikasında erməni işğalı nəticəsində Qarabağdan və Şərqi Zəngəzurdan didərgin düşən soydaşlarımız ilk dəfə olaraq doğma yurdlarında seçkilərdə iştrak etmək imkanı qazanmışdır. Bu, xəyalların gerçəyə çevrilməsinin müəllifi cənab İlham Əliyevdir.
Ölkə başçımız İlham Əliyevin dövlətimizə rəhbərlik etdiyi 20 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, ölkəmizin nüfuzu Beynəlxalq səviyyədə güclənmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Bütün liderlilik xüsusiyyətlərini özündə cəmləşdirən, yüksək intellekti, dərin analitik istedadı, mahir diplomatlıq bacarığı, unikal idarəçilik keyfiyyətləri İlham Əliyevi liderlik etolonuna qədər yüksəltmişdir.
Bu gün artıq «Dağlıq Qarabağ» adlı ərazi vahidinin olmadığını böyük qürur hissi ilə qeyd edirik. Bu gün ölkəmizin həyatında yeni mərhələ - işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri uğurla davam edir, Qarabağımız cənnət məkana çevrilir. Torpaqlarımız sahibinə qayıtdıqları, biz də o torpaqlara qovuşduğumuz üçün qürurluyuq.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. Qarşıda biz Zəfərimizin yaratdığı reallıqlar fonunda daha möhtəşəm uğurlar gözləyir. Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində Azərbaycan bundan sonra da inkişaf edəcək və çiçəklənəcək.
Hər birimiz 7 fevral 2024-cü ildə böyük coşqu ilə məntəqələrə gəlib, Dünya səviyyəli liderimiz İlham Əliyevə səs verəcəyik. Ölkəmizi qalib ölkəyə, xalqımızı qalib xalqa çevirən, dövlətimizi regionun lider dövləti səviyyəsinə qaldıran,dünyada söz sahibi edən, Vətənimiz Azərbaycanı bütün varlığı ilə sevən, sevdiyi xalqımıza qırılmaz tellerlə bağlı olan alternativsiz liderimiz İlham Əliyevə səs verib, etimad göstərmək hər birimizin vətəndaşlıq borcudur. Azərbaycan tarixində ilk dəfədir ki, ərazi bütövlüyü tam təmin olunmuş şəkildə seçkilərə start verir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir...
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında,Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.
“Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə
dəstəkləyəcəyik. Qalib xalqın, qalib prezidenti olmalıdır və bizim seçimimiz bəllidir !


UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Tofiq Osmanov
{paylas}