Bu kəndin bütün sakinləri evlərini tərk etdi - VİDEO


İsmayıllının Pirəbülqasım kəndində rəsmi qeydiyyatda olan 157 sakinin demək olar ki, hamısı buranı tərk edib.

Kanal17.org xəbər verir ki, Baku TV-nin kənddə apardığı çəkiliş zamanı evlərin qapılarına qıfıl vurulduğu məlum olub.


Sakinlərin kənddən getməsinin səbəbinin şəraitsizlikdən qaynaqlandığı deyilir: yollar təmirsiz, işıq dirəkləri bərbad vəziyyətdədir, qaz xətti isə yoxdur.

Bacasından tüstü çıxan evlərdən birinin sakini isə kənddəkilərin çoxunun Bakıya getdiyini bildirib.

"İndi kənddə heç kim yoxdur. Yayda gələcəklər", - deyə o söyləyib.

{paylas}