"Moskva" univermağında qanunsuz təmir aparılır

"Moskva" univermağının binasında qanunsuz təmir işlərinin aparıldığı bildirilir.
Kanal17.org xəbər verir ki, məlumata görə, abidənin arakəsmə divarları sökülüb, pilləkən hissəsində dəmir konstruksiya quraşdırılaraq əlavə sahə yaradılıb.

Yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binada qanunsuz təmir işləri aparılıb.

Söhbət "Moskva" Univermağının binasından gedir. 1970-ci illərdə inşa edilmiş "Moskva" univermağının binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb.

Sözügedən ticarət mərkəzinin mətbuat katibi Pərviz Sultansoy təmir işlərinə artıq bir neçə aydır başlanıldığını təsdiq edib.

Pərviz Sultansoy təmir-bərpa işlərinin müvafiq qrumlarla razılaşdırıldığını iddia edib.//xezerxeber

{paylas}