
Stilist Emil Hacıyev bir neçə plastik-cərrahdan şikayət edib.
Kanal17.org xəbər verir ki, stilist bununla bağlı açıqlama yayıb. O bildirib ki, beş dəfə burun əməliyyatı etdirib və dördü uğursuz alınıb. Emil bildirib ki, birinci əməliyyatını həkim Hüseyn Məmmədov etdirib. Stilist uğursuz olduğu üçün ikinci dəfə eyni həkimə müraciət edib. Amma yenə də nəticə yaxşı alınmayıb.
"Burun dəliklərimdə əyrilik, burnumda çöküntü var. Beşinci dəfə əməliyyata girirəm. Həkimləri pisləmək istəmirəm. Bu gün dərdim odur ki, burnum yaxşı olsun. Antibiotiklər içirəm ki, virus qapmayım. Adını çəkəcəyim həkimlərin hazırda əməliyyatları var. Allah canını sağ etsin ki, heç kimi bu hala salmasınlar. Birincidə burnumu bərbad edən həkim Hüseyn Məmmədov olub. Neçə dəfə gedib-gəldim, 9 ay sonra ikincini etdi. Əməliyyatdan sonra heç nə dəyişmədi. 950 manat ona pul vermişdim" deyə, Emil bildirib.
Stilist qeyd edib ki, üçüncü dəfə plastik-cərrah Fərid Əliyevin onun burnunu əməliyyat edib. O, ilk bir ay ərzində burnunun yaxşı olduğunu, sonra pisləşdiyini söyləyi:
"Sol tərəfin çökdü, burun yapışdı".
Dördüncü əməliyyatı edən cərrah isə Faiq Abdullayev olub. Emil bunun da uğursuz alındığını deyib:
"İlk 3 ayı yaxşı idi. Ona pul da ödədim, reklam da etdim. İnciyirsə, maraqlı deyil. Onların etdiyi əməliyyatlara görə indi əziyyət çəkirəm. Burnum pis gündə idi. Heç kimin çörəyinə bais olmaq istəmirəm. Amma heç kim pulu yerdən tapmır. Gətirib sizə versin, bir müddət sonra pis günə qalsın. Həkimlərə görə bu gün əziyyət çəkirəm. Başıma gəldi, qəbul etdim, çürümüş burnumdan, bu halımdan da razıyam. Kaş ən kasıb vaxtımda pulumu yığıb, gedib ən bahalı həkimə əməliyyat etdirərdim".
***
Plastik-cərrah Hüseyn Məmmədov Emil Hacıyevin iddialarına cavab verib. O bildirib ki, stilistin iddiaları əsassızdır:
"Emil Hacıyev 12 sentyabr 2017-ci il tarixində əməliyyat olunub. Pasiyentin burnu qalın dərili, böyük və ağır-travmatik olub. Həm də nəfəsalma ilə bağlı problemlər yaşayıb.
Tərəfimizdən icra olunan əməliyyatdan sonra həm nəfəsalma, həm də estetik görünüşlə bağlı problemlər aradan qaldırılıb. Əməliyyatdan sonra pasiyentin müayinəsi aparılıb və müsbət geridönüşləri olub. Emil bəy son paylaşımında guya əməliyyatdan sonra burnunda heç bir dəyişiklik olmadığını qeyd edir. Lakin fotolara baxsanız görərsiniz ki, əvvəlki burunla müqayisədə necə dəyişiklik var. Qalındərili burunlarda sağalma dönəmi 2 ilə qədər çəkdiyinə görə diqqətinizə çatdıraq ki, bizlə paylaşdığı fotoda hələ dərilaltı şişkinliklər olub. Bununla belə pasiyent əməliyyatdan sonra çox razı olduğunu qeyd edib.
[center]

Bir müddət sonra Emil bəy burun ucunu daha da qaldırmaq, dik etmək üçün yenidən gəlib. Bu istəyin tibbi baxımdan məsləhətli olmadığını qeyd etsək də, pasiyentin istəyinə görə, yenidən müdaxilə ilə burun ucunu nisbətən daha dik etmişik.
Əməliyyatın 3 il sonra Emil bəy bundan da balaca bir burun forması istəyi ilə yenidən müraciət edib. Lakin bu müdaxilənin neqativ nəticələrini nəzərə alaraq, əməliyyatdan birmənalı olaraq imtina etmişik. Bundan sonra pasiyent müəyyən əməkdaşlıq qarşılığında digər həkimlərdə 3- 4-cü əməliyyatını elətdirib və nəticə də göz önündədir. Diqqətinizə çatdırırıq ki, burunda hal-hazırda olan kəskin problemlər bizdən sonrakı müdaxilələrdən sonra yaranıb".//axsam.az
