“Sənət qalıb qıraqda, sənəti olmayanlar ağızlarına gələni danışır. Efir mədəniyyəti, efir danışığı, efir geyimi var. Hədsiz biabırçılıqdır. Düz deyiblər ki, utanmasan oynamağa nə var ki? Telekanallara baxanda utanıram”.
Bu sözləri Yenicag.az-a açıqlamasında müğənni Xalq artisti Simarə İmanova deyib.
Sənətçi ailə-məişət söhbətləri, dedi-qodu, qalmaqal, eləcə də bayağı mahnılarla efirləri zəbt edən, insanların zövqünü korlayan ifaçılarla bağlı sərt fikirlər səsləndirib:
“Axı sən niyə bədənini efirdə göstərirsən, ailə söhbətlərini efirə çıxarırsan? Bu, nə tərbiyəsizlikdir? Belə biabırçılıq olmaz”.