Bu gündən etibarən Azərbaycanda küçədə elektron siqaret çəkənlər cərimələnəcək.
Kanal17.org xəbər verir ki, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı İnzibati Xətalar Məcəlləsinə dəyişikliyə əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manatməbləğində cərimə tətbiq olunacaq.
Qeyd edək ki, “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi də qadağan edilir.