Müğənni Manaf Ağayev ilk dəfə efirdə toy qiymətini açıqlayıb.Kanal17.org xəbər verir ki, müğənni ARB-nin efirində toy qonorarının 10 min manat olduğunu qeyd edib.
“Bakı balaca şəhərdir. Kimin nəyi varsa, gizlətmək olmur. Allah hamıya qismət etsin. Toya 50-100 minə getmirəm. 10 min manata gedirəm. 15 nəfərə pul verirəm. Oliqarx musiqiçi yoxdur. Evim, bağım və maşınım var, yaşayıram. Amma kiməsə kömək etməyimi demirlər”, – müğənni deyib.