Bu isə artıq texniki səhv yox, sistemli yanaşma ehtimalını gündəmə gətirir.Ən ciddi sual isə budur: sayğac oxunuşlarının gecikdirilməsi təsadüfdür, yoxsa planlı mexanizmdir? Əgər doğrudan da əməkdaşlar bilərəkdən 30 gün tamam olmadan yox, daha gec – məsələn, 35-40 gün sonra göstəriciləri qeydə alırlarsa, bu halda vətəndaşın daha yüksək tarifə salınması qaçılmaz olur. Bu isə dolayısı ilə insanların cibinə yönəlmiş gizli maliyyə yüküdür. “Azərişıq” rəhbəri Vüqar Əhmədov bu iddialara aydınlıq gətirməlidir. Yerli qurumlara rəsmi yaxud da qeyri-rəsmi belə göstəriş verilibmi? Yoxsa bu, aşağı strukturların özbaşınalığıdır? Hər iki halda məsuliyyət qaçılmazdır.Bu artıq tək-tük hal kimi təqdim edilə bilməz. Əgər eyni üsul yüz minlərlə abonentə tətbiq olunursa, bu, sistemli yanaşmadan xəbər verir. Sadə hesabla, hər abonentdən cüzi görünən artıq ödəniş belə ümumilikdə milyonlarla vəsait deməkdir. Bu isə artıq texniki səhv yox, ciddi maliyyə mexanizmi şübhəsi yaradır.Burada söhbət yüzlərlə deyil, potensial olaraq milyonlarla manatlıq yükün vətəndaşların üzərinə qoyulmasından gedir.Hər iki halda nəticə dəyişmir: zərər çəkən yenə vətəndaşdır, qazanan isə sual altında olan sistem.Əgər bu proseslərdən qurumun rəhbəri Vüqar Əhmədov xəbərsizdirsə, bu, idarəetmədə ciddi boşluq və nəzarətsizlik deməkdir. Dövlət əhəmiyyətli bir qurumda baş verən belə hallar rəhbərliyin diqqətindən necə yayınır? Yox əgər bu vəziyyətdən xəbəri varsa, onda daha ağır sual ortaya çıxır: niyə qarşısı alınmır? Niyə vətəndaşların narazılığına səbəb olan, onların cibinə birbaşa təsir edən bu mexanizm dayandırılmır? Bu susqunluq artıq sadəcə səhlənkarlıq yox, məsuliyyətdən yayınma kimi qiymətləndirilir.Ən narahatedici məqam isə odur ki, yerli strukturların bu cür davranışı təkbaşına formalaşa bilməz. Bu halda əsas sual dəyişmir,bu göstərişi kim verib? Əgər mərkəzdən tapşırıq yoxdur, niyə yerli qurumlar eyni “sxem” üzrə hərəkət edir? Əgər var, niyə açıqlanmır?Bu gün cavab gözləyən məsələ sadədir: vətəndaşın haqqını kim qoruyacaq? Çünki ortada təkcə artıq yazılan kilovatlar yox, həm də itirilən inam var.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.//mediatvaz.com

