Ötən gün Yasamal rayonu Kənar Dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub.
Kanal17.org bildirir ki, məlumata görə, Vüqar Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobilin "Kamaz"a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır.
O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim işləyirmiş.//qafqazinfo