Səhiyyə Nazirliyinin həkimlərə təsir mexanizmi işləmir ?


Hörmətli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, axı siz özünüz etiraf etmisiniz, özünüz məlumat yaymısınız bu şəxslərin - Gülbadə Abdullayeva və Seymur Məmmədovun cərrah olaraq fəaliyyətinin qanunsuz olduğunu.
Niyə bu şəxslər hələ də insanların həyatı ilə çilingağac oynamaqda davam edirlər?
Onlara niyə bu qədər rahatlıq vermisiniz ki, hətta sosial şəbəkələr üzərindən reklamlarını yayımlayıb, yeni qurbanlar çağırırlar?
Kanal17.org bildirir ki, bu barədə jurnalist Jalə Əsədova öz səhifəsində məlumat yayıb.
Seymur Məmmədovun əlində iki ana can verdi bir ilin içində. 3 körpəsi hələ də analarına məktub yazırlar, onun ölümündən xəbərsiz - gözləri qapıda böyüyürlər.
Niyə axı dövlətimin hüquq-mühafizə orqanları bu şəxsi məsuliyyətə cəlb etməkdə acizlik nümayiş etdirirlər?
Onların arxasında dayanan - hətta qanunlardan da böyük olan o, qüvvə kimdir axı?
Qanun və cəmiyyət qarşısında cavab vermək üçün daha neçə can alma limitləri var ki, bunların?
Bir tərəfdə illərlə oxuyub, əziyyət çəkən həkimlərə işdən çıxma haqqında öz əlləri ilə ərizə yazmaq əmri verilir, digər tərəfdə gözəllik salonlarında, cərrah əlinə, yaxud yutub videolarına baxaraq kəsib-doğramağı öyrənənlərə meydan verilir.
Axı bunlar gizlin fəaliyyət göstərmir ki, xəbəriniz olmaya. Reklam edirləre aşkarca...
Gülbadə Abdullayevanın biraz sirkə içməsini sensasiya edən cəmiyyət, o sirkəni arıqlamaq üçün çoxumuz içirik hər gün. Ona yoxe, yarımcan edilən, yaxud canından edilənlərə susmamaq lazımdır.
Bilirəm, oxuyan kimi çoxu cahilcəsinə öldürəni deyil, öləni qınaq obyektinə çevirəcək. Necə ki, Gülbadə Abdullayevanın qurbanı olan xanımı günlərdir sosial şəbəkələrdə linç edirlər.
Adam latareya pulunu gecikdirib.
Heç dəxli var, siz Allah?
Lap heç verməyib pulu, o deməkdir ki, özünü həkim kimi təqdim edən saç ustası onu öldürməlidir?
Cibinizlə vicdanınızı heçmi tərəziyə qoyub biraz fikrə getmədiniz?
Yaxud da, Nilufər Abdullanı keçən dəfə 1-2 nəfər əməliyyata girməkdə qınadı.
Ay qurban olum, bütün dünyada var bu. Tibbin inkişafından niyə yararlanmayaq ki?
Hər kəs cavan, gözəl görünmək istəyir.
Niyə də olmasın?
İçi mən qarışıq heç kimin kimisə gözəl görünmək, cavanlaşmaq, yaxud arıqlamaq istəyi üçün qınamaqda haqqımız yoxdur. Amma ixtiyarı və səlahiyyəti olmadan insanları cərrah masasına uzadıb, onlarla laboratoriya siçanı kimi davranan varlıqları qınamaq yoxe, daşqalaq etmək lazımdır. Bunu isə birinci növbədə dövlətin qanunları və qurumları etməlidirlər. Onlar da etmirlər.
Görünən reallıq budur.
{paylas}