“Azericard” məsələ ilə bağlı açıqlama yayıb: “İyunun 24-ü xidmət göstərdiyimiz bəzi bankların müştərilərinin kart hesablarında yaranmış problem banklararası hesablaşma fayllarının emalı zamanı “Azəricard”dan asılı olmayan texniki səbəbdən yaranıb. Təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir və kart hesabları mərhələli şəkildə bərpa olunur. Məsələ yaxın zamanlarda tam həllini tapacaq”.Hazırda Azərbaycan Beynəlxalq Bankının kartlarından pul silinməsi halları müşahidə olunur.
Kanal17.org xəbər verir ki, bu barədə vətəndaşlar sosial şəbəkələrdə paylaşımlar ediblər.
Bank tərəfindən müştərilərə hesablarından pul çıxılması ilə bağlı bildirişlər göndərildiyi qeyd olunur.
ABB-nin mətbuat xidmətindən Bakupost.az-a bildirilib ki, baş verənlərin səbəbi ilə bağlı dəqiq açıqlama yoxdur.//bakupost