General rütbəsi verilən zabitlər kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.

Kontekst.az “Qafqazinfo”ya isinadla general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:

Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir.



Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.



Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.



Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.



Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.





{paylas}