Dünya Çempionatının 1/8 final mərhələsinin ilk qarşılaşması baş tutub.
Kanal17.org xəbər verir ki, oyun Mərakeş yığmasının qələbəsi ilə başa çatıb – 3:0.
Qaliblərin heyətində Azzedin Unahi (50, 82) və Sofiyan Rahimi (90+8) fərqlənib.
Bu nəticə ilə Mərakeş ¼ final mərhələsinə vəsiqə təmin edən ilk milli komanda olub. Onlar bu mərhələdə Paraqvay-Fransa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar.