"Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxs ləğv edilib.Kanal17.org xəbər verir ki,məlumata görə, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın icrası ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin edəcək.//oxu.az