Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin olunub.
Kanal17.org xəbər verir ki, bununla bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun sərəncam imzalayıb.
Sərəncama əsasən, İsmayılova Ülkər Şakur qızı icra başçısının müavini- Ərazi təşkilat və ictimai – siyasi məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ülkər İsmayılova bu vəzifəyə qədər Lənkəran ŞİH başçısının Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb. O, daha sonra uzun illər şəhər icra hakimiyyəti başçısı aparatında fəaliyyət göstərib.