Tikinti sahəsində fəaliyyət göstərən “Atay Construction” MMC inzibati qaydada cərimələnib.Kanal17.org xəbər verir ki, şirkət Əmək Məcəlləsinin tələblərini pozub.
Aparılan araşdırma zamanı şirkətdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işə cəlb edildiyi müəyyən olunub.
Bu səbəbdən “Atay Construction” İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini pozmaqda təqsirli bilinib.
Şirkət barəsində protkol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, “Atay Construction” MMC 20 min manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “Atay Construction” MMC “Bakı Abadlıq Xidməti”nin əsas tərəfdaşlarından biridir. Sözügedən şirkət BAX-ın sifarişi əsasında bölgələrdə bir sıra layihələri icra edib.//xitab24