1978-ci il dekabrın 31-də paytaxtda yeni univermağın – “Moskva” univermağının açılışı Bakının urbanizasiya tarixində mühüm bir cizgi oldu. Bu, sadəcə mağaza deyildi – bu, görüşlərin və yeni şəhər mədəniyyətinin formalaşdığı bir məkan idi.
Ulu Öndər Heydər Əliyevin ticarət mərkəzinin qapılarını təntənəli şəkildə açdığını əks etdirən kadrlar isə bütöv bir nəslin ümidlərinin simvoluna çevrilən tarixi sənəd kimi indiyə qədər qorunub saxlanılıb.
Lakin redaksiyamıza daxil olan məlumatlarda bu gün Moskva Univermağının uçmaq təhlükəsiilə üz-üzə olduğu iddia olunur.
Məlumatda deyilir:
-Ulu Öndərdən yadigar qalmış tarixiabidələr sırasına daxil edilmiş Moskva Univermağı hazırda bu Ticarət Mərkəzini idarə edənlər tərəfindən dağıdıldığı və uçma təhlükəsi göz qabağındadır.
Demək olar ki,perimetr üzrə L=144m,A=128 m olan binanın bütün yükdaşıyan divarları sökülüb, hovuza yığılıb.
Məlumatda bildirilir ki, Anar Babayev və Əhməd Xankişiyev adlı şəxslər adı çəkilən TM-ni idarə edənlərdir.
ŞəkildəMoskva Univermağının təntənəli açılışında Heydər Əliyevin Univermağın mərhum direktoru Elmira Mədətova ilə söhbəti əks olunub.
İddialara əsasən Moskva Ticarət Mərkəzinə gətirilən Əhməd Xankişiyev burada müxtəlif söküntü işləri görüb.Ticarət sahəsinin artırılmasıməqsədilə mərtəbələrdəbir neçə sutun götürülüb. Univermağın fasad hissəsinə xüsusi gözəllik və yaraşıq vermək məqsədilə sutunlar arasında kəmər funksiyasını daşıyan rigellərin bir neçəsi uçurulub. Təsadüfi deyil ki, bundan sonra içəridə uçqun olmuş və piştaxtaların üzərinə tökülmüşdür. Xoşbəxtlikdən xəsarət alan olmamışdı.Həyətə vəarxa tərəfə artırma edildiyi barədə də məlumatlar var.
Müxtəlif zamanlarda burada yanğınlar,oğurluqlar,əlbəyaxa dava dalaşlar və s olsa da hələ dəadı çəkiləın TicarətMərkəzini eyni adamlar idarə edir.
Təbii ki, məqsəd daha çox ticarət sahəsi yaratma və aylıq 500 AZN- dən başlayan qiymətlərə icarəyə verməkdir.
Məlumatda deyilir ki, 2001-ciildə konstruktiv dəyişikliklər aparıldığını görərək yarli icra hakimiyyəti və Bakı Şəhərsalma və Arxitektura Komitəsi məsələyə müdaxilə etdi. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan Moskva Univermağının tarixi abidə kimi qorunmasını təmin etdilər.
Vətəndaş iddia edir ki,beş mərtəbəli Univermağın fasadı yanma təhlükəsi olan yüngül materialla üzlənib,hər an yanma təhlükəsi var. Aidiyyatı qurumla məsələnin həlli istiqamətində yoxlama aparmaları və təhlükəsizliyi təmin etmələri tövsiyyə olunur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
//xeberpost
