"Şərurlu İsfəndiyar" necə varlandığını açıqladı - VİDEO

“Allah keçdiyim həyatı bu cavanların heç birinə göstərməsin. Çünki nə ayaqqabım olub, nə paltarım olub”.
Kanal17.org xəbər verir ki, bu sözləri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov “Zarafat bir yana” verilişində deyib.

O bildirib ki, gənclik illərində dağda, çətin şəraitdə yaşayıb:

“Üzr istəyirəm, bir atım olub, bir itim olub, bir çadırım olub. Dağda ilanların içində 14 yaşımdan bəlkə də 20-23 yaşıma qədər tək yaşamışam. Ona görə də təhsil ala bilmədim. Orta məktəbə gedə bilmədiyimdən savadsız qalmışam. Ancaq insan daim düşünür, beyni inkişaf edir. Bir də heç vaxt maaşla milyonçu olmaq olmaz. Bunu biləsiniz”.//bakupost
[media=https://www.youtube.com/shorts/g6Lag-ZhPHs]

https://www.youtube.com/shorts/g6Lag-ZhPHs
{paylas}