Qalatasaray Fənərbaxça gərgin oyun .Qalata yarımfinalda. VİDEO

Hazırda Türkiyə superkuboku çərçivəsində davam edən "Fənərbaxça" - "Qalatasaray" oyunu gərginliyi ilə yadda qalıb.

Kanal17.org xəbər verir ki, matçın ikinci hissəsinin başlanğıcında "Qalatasaray"lı azarkeşlər tərəfindən "Fənərbaxça" klubunun qapıçısı Volkan Dəmirələ partladıcı maddələr və şüşə qablar atılıb.

Oyun bir müddət dayanıb. "Qalatasaray"lı futbolçulardan Fernando Muslera və Felipe Melo azarkeşləri sakitləşdirməyə çalışıblar. Bundan sonra "Fənərbaxça"lı azarkeşlər Musleranın qoruduğu qapıya yaş əşyalar atıblar. Daha sonra oyun davam etdirilib.


{paylas}